Newscenter.az.30.03.2020. Azərbaycanda koronavirus infeksiyasına 273 yoluxma faktı qeydə alınıb.
Newscenter.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib, 243 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4085 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.