Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsmayıllıda aztəminatlı ailələrə və yaşlılara yardım edilib



Newscenter.az.30.03.2020
. Xeyirxahlıq - nəciblik, mərhəmət, şəfqət və ailəcənablıq deyil, xeyirxahlıq hər şeydən öncə mayası insana məhəbbətlə yoğrulmuş humanizmdir. Məhz bu dəyərləri özündə birləşdirməyi bacarmış şəxs kamil insan sayıla bilər. Dahilərdən birinin fikrincə, xeyirxahlıq - artığı ziyan verməyən bir əməldir.

Hal-hazırda bütün dünyanı bürümüş koronavirus (COVID-19) pandemiyasının tüğyan etdiyi bir zamanda insanların bir-birinə xeyirxahlığı daha vacibdir.

Newscenter.az İsmayıllı Rayonu İcra Hakimiyyətinə istinadən xəbər verir ki, rayonun Basqal qəsəbəsində qəsəbədən olan iş adamı İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə qəsəbənin yaşlı, xəstə və aztəminatlı ailələrinə ərzaq və maddi yardımla kömək edib. Bu xeyirxah yardımdan 67 ailə bəhrələnib.
Xəbəri paylaş