Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın keçirdiyi qondarma seçkilər birmənalı şəkildə heç bir dövlət tərəfindən tanınmır



Newscenter.az.1.04.2020. “Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın keçirdiyi qondarma seçkilər birmənalı şəkildə heç bir dövlət tərəfindən tanınmır. Bununla bağlı verilən bəyanatlar, prinsipial yanaşmalar bir daha göstirir ki, dünya birliyi konkret olaraq işğala və separatizmə qarşıdır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Qarabağda qondarma seçkilərlə bağlı Türkiyə və Ukraynadan verilən bəyanatlar Azərbaycanın ən yaxın tərəfdaşı olduğunu göstərdi:

“Qeyd edim ki, ATƏT-ın Minsk qrupunun verdiyi bəyanat sadəcə diplomatik yanaşma idi və burada ortaq mövqeyin sərgilənməsi başa düşülən deyildi. Halbuki, Minsk qrupununun bəyanatı belə bir seçkilərin keçirilməsinə qarşı olduğunu bildirməli idi. İşğala məruz qalanla, işğalçı ölkəni eyni mövqedə təqdim etməklə bu formatdan ədalət gözləməyə dəyməz”.

Politoloq bildirib ki, İran İslam Respublikasının qonşu ölkə kimi bu qondarma seçkilərə və işğala yanaşması, bu ölkənin dini idelogiyasına qarşı olmaqla yanaşı, Azərbaycanla qonşuluq tərəfdaşlığında bu məsələdə Ermənistanın xətrinə dəyməmək kursu götürüldü:

“İranın Ermənistandan heç bir asılı vəziyyəti yoxdur və Yereavan Tehrana möhtacdır. Ona görə də İranın verdiyi bu bəyanat Ermənistana dəstəyin ifadəsi kimi baxılmalıdır. Qeyd edim ki, İran daima qeyd edir ki, rəsmi Tehran münaqişənin həllində daha da effektli ola bilər. Amma Qarabağda keçirilən qondarma seçkilərdə İranın verdiyi bəyanat bir daha göstərdi ki, İran münaqişənin həllində səmimi deyil. Və verdiyi bəyanatda işğalçı ölkənin adını çəkmir, separatizmi pisləmir. Belə bir mövqe ilə artıq rəsmi Tehranın münaqişənin həllində tutacağı mövqe aydın göründü”.

Mehman
Xəbəri paylaş