Newscenter.az.3.04.2020. Türkiyənin Van şəhərinin Tusba rayonunda 4,7 bal gücündə zəlzələ olub.
“Report” xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi açıqlayıb.
Məlumata görə, yeraltı təkanlar aprelin 3-də Bakı vaxtilə saat 09:44-də baş verib. Zəlzələnin ocağı 13 km dərinlikdə yerləşib.
Ölən və xəsarət alanların olub-olmaması, həmçinin dağıntı barədə hələlik məlumat verilməyib.