Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda bir dəstə ateist adı altında antiislam təbliğatı aparır



Newscenter.az.6.04.2020. “Azərbaycanda bir dəstə ateist adı altında antiislam təbliğatı aparır”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov çıxış edib. O, bildirib ki, həmin şəxslər son vaxtlar xüsusilə aktivləşiblər:

“Bütün vasitələrdən istifadə edərək islamı gözdən salmağa çalışırlar. Mən bildiyim qədər ateizm allahı inkar etməkdi. Amma bunların işi gücü islamı baltalamaq, ələ salmaqdı. Çünki başqa dinlərin əleyhinə heç bir paylaşımlarını görmürəm. Əksinə onların yəhidiliyə və xristianlığa rəğbətlərini hər addımda görmək mümkündür. Hələ bəzi imanlı kimi görünənlərin bu ateistlərlə sıcaq münasibətini görəndə düşünürəm ki, bu da ancaq bizdə mümkündür”.

Mehman
Xəbəri paylaş