Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT baş katibi: “COVID-19-un qarşısını almaq üçün təcrid və karantinin vacibdir”



Newscenter.az.6.04.2020. BMT-nin Baş katibi Antonio Quterreş gender əsaslı zorakılıq və koronavirusla (COVID-19) mübarizə ilə bağlı yeni bəyanat yayıb. Təşkilatın Bakı ofisindən Newscenter.az-a daxil olan bəyanatın mətnində COVID-19 pandemiyasının dünyada insanlara ağlasığmaz əziyyət verdiyi və iqtisadiyyatın iflasına səbəb olduğu bildirilib.

BMT baş katibi bu yaxınlarda ümumi mübarizəni pandemiyanı aradan qaldırmağa yönəltmək üçün qlobal atəşkəsin dərhal bərqərar olmasına çağırdığını xatırladıb: "Elə indi dünyanın hər yerində zorakılığa son qoyulması üçün müraciət etdim. Ancaq zorakılıq döyüş bölgəsi ilə məhdudlaşmır. Bir çox qadın və qızları təhlükə onlar üçün ən etibarlı sayılan öz evlərində yerdə gözləyir. Ona görə də mən bu gün dünyadakı hər bir evdə sülh üçün yeni bir çağırışla müraciət edirəm".

BMT Baş katibi qeyd edib ki, COVID-19-un qarşısını almaq üçün təcrid və karantinin vacib olduğunu bilirik: “Lakin nəticədə qadınlar onlarla qəddar davranan tərəfdaşları ilə bir evdə qala bilərlər. Son həftələr ərzində iqtisadi və sosial təzyiqlər, habelə xof artdıqca, qlobal səviyyədə məişət zorakılığının artmasının şahidi olduq. Bəzi ölkələrdə zorakılığa qarşı dəstək xidmətinə müraciət edən qadınların sayı iki dəfə artıb. Eyni zamanda, tibb müəssisələri və polis xidmətləri həddindən artıq yüklənir və işçi heyəti çatışmazlığı ilə üzləşir.

Yerli dəstək qrupları iflic vəziyyətdədir və ya vəsait çatışmazlığı ilə üzləşir. Məişət zorakılığı qurbanları üçün fəaliyyət göstərən bəzi sığınacaqlar bağlıdır, digərləri doludur. Mən bütün hökumətləri qadınlara qarşı zorakılığın qarşısının alınması və onlara dəymiş ziyanın ödənilməsini COVID-19-a qarşı milli tədbirlər planına daxil etməyə çağırıram. Bu, onlayn xidmətlərə və vətəndaş cəmiyyəti təşkilatlarına qoyulan sərmayənin artırılması deməkdir.

Məhkəmə sistemlərinin zorakılığa yol vermiş insanların qanun qarşısında cavab verməsini təmin etməlidir. Aptek və ərzaq mağazalarında təhdidlərə qarşı təcili bildiriş sistemlərinin yaradılmalıdır. Sığınacaqlar həyati əhəmiyyət kəsb edən xidmət kimi elan edilməlidir. Qadınlar üçün onlara qarşı zorakılıq törədənlərin xəbəri olmadan dəstək istəməyin təhlükəsiz yolları yaradılmalıdır. Qadınların hüquq və azadlıqları güclü və dayanıqlı cəmiyyətlər üçün mühüm əhəmiyyət kəsb edir.

COVID-19-a qalib gəlmək üçün çalışdığımız zaman müharibə bölgələrindən tutmuş insanların evlərinə qədər hər yerdə şiddətin qarşısını birlikdə ala bilərik və almalıyıq".

Ayan
Xəbəri paylaş