Newscenter.az.6.04.2020. Ukraynanın Odessa vilayətindəki Çornomorsk sərhəd buraxılış məntəqəsində ölkədən dezinfeksiya vasitələrinin qanunsuz çıxarmaq cəhdinin qarşısı alınıb.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, Sərhəd Xidmətindən verilən məlumata görə, yeni koronavirusla bağlı ixracına qadağa qoyulmuş dezinfeksiya vasitələrini Azərbaycana aparmağa cəhd göstərilib.
Belə ki, sərhədçilər tərəfindən bir avtomobildə 4 min litr və 300 min həb dərman vasitələri aşkarlanaraq götürülüb.