Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

9108 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərir



Newscenter.az.10.04.2020.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni ərsəyə gətirib.

Newscenter.az-a Dövlət Agentliyindən bildirilib ki, vətəndaşlara sistemdən istifadə qaydaları və yaranan çətinliklərlə əlaqədar “ASAN xidmət"in 9108 Çağrı Mərkəzinə müraciət edilməsi imkanı yaradılıb.

Fəaliyyətə başladığı müddətdən bu günə qədər ilk dəfə Çağrı mərkəzi xidmətlərinin müasir texnologiyalardan istifadə edilməklə evdən, məsafədən həyata keçirilməsi təmin edilib.

Vətəndaşlar üçün rahatlığın və əlçatanlığın təmin edilməsi məqsədi ilə Dövlət Agentliyinin müxtəlif struktur bölmələrinin, o cümlədən "ASAN xidmət" mərkəzlərinin əməkdaşlarının bəziləri inzibati ofislərindən, digərləri isə evdən olmaqla Çağrı mərkəzinin fəaliyyətinə cəlb olunub və onlar zəruri texnoloji avadanlıqlarla təhciz ediliblər.

Mərkəzin əməkdaşları tərəfindən gün ərzində təxminən 15-17 mindən çox vətəndaş müraciəti qəbul olunur. 9108 Çağrı mərkəzi vasitəsi ilə müraciətlərin qəbulu Xüsusi Karantin Rejimi müddətində nəzərdə tutulur. Müraciətlər bu müddətdə həftənin bütün günləri saat 09:00-dan 21:00-dək həyata keçirilir. Eyni zamanda vətəndaşlarımızın daha asan məlumatlandırılması və çoxsaylı zənglərin idarə edilməsi məqsədi ilə 24 saat avtomatlaşdırılmış rejimdə vətəndaşların sorğularını cavablandıran sistem fəaliyyət göstərir.

Ayan
Xəbəri paylaş