Newscenter.az.10.04.2020. Bakı Nəqliyyat Agentliyinə məxsus "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-nin aprelin 1-9-da paytaxtın 43 küçə və prospektində apardığı araşdırmalara əsasən, nəqliyyat vasitələrinin axını əvvəlki vaxtlarla müqayisədə təxminən 30% azalıb.
"Report" xəbər verir ki, bunu Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Bununla belə, onun sözlərinə görə, xarici ölkələrin şəhərlərinin təcrübəsində xüsusi karantin günlərində yollarda nəqliyyatın azalması azı 60-70% təşkil edir.
"Bakıda ən çox azalma aprelin 5-də, ən az azalma isə aprelin 1-də qeydə alınıb. Son iki gündə, yəni aprelin 8-9-da isə nəqliyyat vasitələrinin sayında artım müşahidə olunur", - M.Ağayev əlavə edib.