Newscenter.az.10.04.2020. Rəsmi Bakı respublikamızın bütün ərazisində qüvvədə olan xüsusi karantin rejimi qaydalarını eynilə Dağlıq Qarabağ və ətraf ərazilərdə də tətbiql edə bilər. Və buna bizim tam hüququmuz çatır.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov çıxış edib. O, bildirib ki, beynəlxalq hüquq da Dağlıq Qarabağın və ətraf ərazilərin Azərbaycana məxsus olduğu faktını qəbul edir:
"Paşinyan və onun əlaltıları pandemiyanın tüğyan etdiyi bir dövrdə Dağlıq Qarabağda qondarma "seçki" şousundan törəyən siyasi xaosa və iğtişaşlara son qoya bilmirsə, o zaman biz öz suveren hüququmuzdan istifadə edib müharibəsiz yolla, karantin rejimini tətbiq etməklə qayda-qanun, sabitlik yarada bilərik. Paşinyanın və əvvəlki Ermənistan prezidentlərinin siyasi avantüralarından bezmiş sıravi Dağlıq Qarabağ erməniləri də mənəvi-psixoloji cəhətdən buna hazırdırlar. Onlar özünə əlac eləyə bilməyən Ermənistan dövlətinin Dağlıq Qarabağın "yük"ünü çəkə bilməyəcəyini yaxşı anlayırlar. Dağlıq Qarabağ gerçəkdən də rəsmi İrəvan üçün böyük bir yükə çevrilib. Həm siyasi, həm də hərbi və iqtisadi mənada".
Mehman