Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TƏBİB pandemiya xəstəxanalarının rəhbərləri ilə videokonfrans keçirib



Newscenter.az.10.04.2020. Aprelin 10-da TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və Tibbi Qərargahın üzvləri ölkədə müəyyən edilmiş pandemiya xəstəxanalarının rəhbərləri ilə videokonfrans keçirib.

Newscenter.az-a TƏBİB-dən bildirilib ki, videokonfransda xəstəxana rəhbərlərinin iş prosesində üzləşdiyi problemlər və təkliflər dinlənilib və həlli istiqamətində müzakirələr, eyni zamanda, ağır koronavirus xəstələrinin müalicəsi istiqamətində təcrübə mübadiləsi aparılıb.

Daha sonra TƏBİB rəhbərliyi tərəfindən zəruri tapşırıqlar və tövsiyələr verilib. Sonda, bu görüşlərin mütəmadi keçiriləcəyi barədə qərar qəbul edilib.

Anar
Xəbəri paylaş