Newscenter.az.11.04.2020. "Fermerin Dostu" layihəsində könüllülər fermerlərə təchizat, kommunal ödənişlərin aparılması, gündəlik ərzaqların alınması kimi köməklik göstərilməsi nəzərdə tutulur.
Newscenter.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, onlardan hazırkı problemlərdən qaynaqlanan məsələlərlə bağlı sorğular götürüləcək.
Həmçinin maliyyə, hüquq, subsidiya haqqında olan sualları cavablandırılacaq.
Elan olunmuş xüsusi karantin rejimi müddətində fermerlərə informasiyaların düzgün çatdırılması və cari vəziyyətlə əlaqədar "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi"nin fəaliyyəti ilə bağlı fermerlərin məlumatlandırılması nəzərdə tutulur.
Orxan