Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə yardım ediblər



Newscenter.az.11.04.2020. Koronavirus (Covid-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində həyəta keçirilən zəruri və təxirəsalınmaz tədbirlərin uğurla reallaşdırılmasında Dövlət Gömrük Komitəsi də bütün səylərini səfərbər edib.

Newscenter.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, eyni zamanda, Komitənin strukturuna daxil olan qurumlar tərəfindən aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardımlar edilir.

Növbəti aksiya Bakı Baş Gömrük İdarəsi tərəfindən təşkil olunub. Baş İdarənin əməkdaşları 100-dən çox ailəyə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, onlara evdə qalmağı tövsiyə ediblər.


Zaur
Xəbəri paylaş