Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türksoylu dövlətlərinin siyasi birlik nümayişinin bariz nümunəsi



Newscenter.az.11.04.2020. “Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə kornovirus pandemiyası ilə əlaqədar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi Türksoylu dövlətlərinin siyasi birlik nümayişinin bariz nümunəsidir”.

Newscenter.az xəbər verir ki¸ bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, bu onu göstərir ki, artıq Türk dövlətləri ən çətin məqamda bir yerə gəlmək və ortaq qərarlar qəbul etmək iqtidarındadır:

”Rəsmi Bakının çağırışı ilə belə bir fövqəladə video konfrans baş tutursa, demək təşkilat daxilində kordinasiya , birlik və əməkdaşlıq yüksək səviyyədədir. Dünyanı cənginə alan bu epidemiyaya qarşı yeganə birlik daxilindəki ölkələrdir ki, toplanır və ortaq mövqe ortaya qoyuldu”.

Politoloq deyib ki, bu Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının yaradılmasında və inkişaf etdirilməsində Azərbaycan və Türkiyənin rolu xüsusi əhəmiyyət kəsb edir:

“Koronovirus pandemiyasından sonra Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının daha da effektli və siyasi-iqtisadi birlik modeli çərçivəsndə inteqrasiyası labüd olmalıdır. Üzv dövlətlərinin bir-birlərinin üzləşdiyi probelmələrə qarşı birlk nümayiş etdirib dəstək verməsi istiqamətində bir mexanizm formalaşdırılmalıdır. Bu xüsusda Azərbaycan təkliflər və mexanizmlər hazırlamalıdır. Post-pandemiya dövründə yeni dünya siyasi nizamı formalaşacaq bu birliyin effektli şəkildə çalışması üçün indidən işlər görülməlidir. Türk dövlətlərini bir-birinə birləşdirən yol Azərbaycandan keçir və demək Azərbaycan bu istiqamətdə daha çox çalışmalıdır ki, birlki çərçivəsində inreqrasiya güclənsin. Dövlət başçısı İlham Əliyev və Qazaxısatın lideri Nursultan Nazarbayev birliyin güclənməsində şəxsi təşəbbüslərini əsirgəməyiblər”.

Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan və Türkiyə Türk dövlətlərini bu istiqamətdə yönləndirməli, hətta Ermənistana iqtisadi sanksiyaların tətbiq olunmasına çalışılmalıdır:

“Əgər, Türk dövlətləri birlik yolunda bu qədər yol gəliblərsə, Qarabağla bağlı Azərbaycanın tam yanında ola bilərlər. Bu xüsusda ciddi işlər görmək lazımdır”.

Mehman
Xəbəri paylaş