Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qızıl Aypara Cəmiyyəti İsmayıllıda ərzaq yardımı edib



Newscenter.az.12.04.2020. İsmayıllı rayonunda aztəminatlı ailələrə ərzaq yardımları davam edir.

Newscenter.az Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, smayıllı Rayon İcra Hakimiyyətinin iştirakı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən rayon ərazisində yaşayan bir qrup aztəminatlı ailəyə yardım edilib. Yardımlar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanın və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun iştirakı ilə olunub. Yardım olunan ailələr göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.

Mehman
Xəbəri paylaş