Newscenter.az.13.04.2020. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Samid Abıyev dünyasını dəyişib.
"Report" xəbər verir ki, o, ötən gün uzun sürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, 2008-ci ildə avtomobil qəzasında S.Abıyevin iki oğlu, gəlini və azyaşlı nəvəsi, 2009-cu ildə isə yol qəzasında onun daha bir oğlu dünyasını vəfat edib.