Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nigar Arpadarai: “Həkimlər üçün həyat sığortası mexanizminin tətbiqi təşəbbüsünü davam edirəm”.



Newscenter.az.13.04.2020. “Həkimlər üçün həyat sığortası mexanizminin tətbiqi təşəbbüsünü davam edirəm”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Nigar Arpadarai deyib ki, aidiyyatı olan qurumlara mövzu ilə bağlı sorğularını göndərib:

“Növbəti həftədən mövzu ilə bağlı görüşlərim olacaq. Pandemiya zamanı əmək fəaliyyətinə görə xəstələrlə birbaşa ünsiyyətdə olan peşə sahibləri üçün (tibb personalı və digər əməkdaşlar) həyat sığorta mexanizminin tətbiqini zəruri hesab edirəm. Çünki bu insanlar hər gün təhlükə ilə qarşılaşır. Həkimlərimizi qorumalıyıq, onların sabaha güvənini artırmalıyıq”.

Mehman
Xəbəri paylaş