Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıtda sosial aksiya keçirilib



Newscenter.az.13.04.2020. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Sumqayıt şəhərində sosial aksiya keçirilib.

Newscenter.az xəbər verir ki, bu barədə məlumat verən Sumqayıtdan Milli Məclisə deputat seçilmiş Tahir Mirkişili deyib ki, aksiya çərçivəsində ölkə ərazisində tətbiq edilən karantin rejimi dövründə evdən çıxışı qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb:

“Həmçinin, köməyə ehtiyacı olan bir çox aztəminatlı ailələrə yardımlar edilib. Çətin vaxtlarda insanlara daim yardım edən, ölkədə humanizm və birlik prinsiplərini yayan, bunu öz işlərində nümunə göstərən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə Sumqayıtlıların təşəkkürünü çatdırır və öz adımdan minnətdarlığımı bildirirəm”.

Mehman
Xəbəri paylaş