Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 250 zəng daxil olub

 Təhsil Nazirliyinin  "Qaynar xətt" xidmətinə 250 zəng daxil olub


Newscenter.az.13.04.2020. 6-10 aprel 2020-ci il tarixlərində 146-3 "Qaynar xətt" xidmətinə ümumilikdə 250 zəng daxil olub.

Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müraciətlərin mövzusu əsasən karantin dövründə yaşlı insanlarda yoluxma riskinin artması ilə əlaqədar yaşanan təşviş, yeniyetmə və tələbələrin vərdiş etdikləri gündəlik həyat şəraitindən izolyasiyası, məktəb və universitetlərdə dərslərin başlaması ilə bağlı depressiv vəziyyət, kiçik yaşlı məktəblilərdə yığılmış enerjini israf edə bilmədikləri üçün müşahidə olunan aqressiv davranışlar və abituriyentlərin qəbul imtahanlarının olub-olmaması ilə bağlı yaşadığı həyəcanla əlaqəli olub.

Müraciət edən şəxslərə psixoloji dəstək göstərilib, onlara tövsiyələr verilib.

R.Mehdiyeva
Xəbəri paylaş