Newscenter.az.15.04.2020. "Bu gün koronavirus pandemiyası ilə bağlı 3 661 test edilib. 17 nəfər reanimasiyadadır. Onlardan da 6sı süni nəfəs aparatına qoşulub".
"Report" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, bu xəstəliyə yoluxma qadınlar arasında üstünlük təşkil edir.
R.Bayramlı qeyd edib ki, ümumilikdə 1 253 yoluxma faktı var:
"Bu günə qədər 75 397 test edilib. Ölüm sayı 13-dür. Bu günə ölüm faktı olmayıb. Bu günə qədər 404 nəfər sağalıb".