Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azəri-Çıraq-Günəşlidən aprelin 1-ə kimi 505 mln. ton neft hasil olunub



Newscenter.az.15.04.2020. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən aprelin 1-ə kimi 534 mln. ton neft (kondensatla birlikdə), 290 mlrd. m3 qaz hasil edilib.

Bu barədə məlumat Newscenter.az-a Energetika Nazirliyindən daxil olub. Bildirilib ki, AÇG-dən aprelin 1-ə kimi 505 mln. ton neft, 168,4 mlrd. m3 qaz hasil olunub. “Şahdəniz” istismara veriləndən 1 aprel tarixinədək 121,5 mlrd. m3 qaz, 29 mln. ton kondensat hasil edilib. Bu yataqlardan indiyə kimi 527 mln. ton neft (kondensatla birlikdə), 80,3 mlrd. m3 qaz isə ixrac edilib.

Zaur
Xəbəri paylaş