Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Birinci rübdə Türkiyəyə 2,6 mlrd.m3 qaz ixrac edilib



Newscenter.az.15.04.2020. Cari ilin birinci rübündə xaricə qaz satışı 3,57 mlrd.m3 təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6% çoxdur.

Newscenter.az-a Energetika Nazirliyindən daxil olan məlumatda bildirilib ki, I rübdə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə 23% çox, yəni 2,6 mlrd.m3 qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi isə 923 mln. m3 olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə rüb ərzində 941 mln. m3 qaz olunub. İstismara veriləndən indiyə kimi TANAP-la Türkiyəyə 5 mlrd. m3-ə yaxın qaz nəql edilib.

Zaur
Xəbəri paylaş