Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrükçülər daha 120 ailəyə yardım ediblər-VIDEO



Newscenter.az.15.04.2020. Dövlət Gömrük Komitəsinin əməkdaşları koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi dövründə daha 120 ailəyə yardım ediblər.

Newscenter.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən xəbərə görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin "Şirvan" və "Xudafərin" gömrük postları, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postu və Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıblar. Gömrük əməkdaşları, eyni zamanda, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.
Xəbəri paylaş