Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məzaahir Əfəndiyev: "Postpandemiya dövründə də Azərbaycan sürətlə inkişaf edəcək"



Newscenter.az.15.04.2020. Cənab Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına aid videokonfrans şəklində müşavirənin keçirilməsi bir daha koronavirus pandemiyasının səmərəli dövlət idarəçiliyi qarşısında əlacsız olduğunu göstərdi.

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Məzahir Əfəndiyev səsləndirib. Onun sözlərinə görə, ilk növbədə diqqətəlayiq məqam Azərbaycan hökümətinin çevik və yüksək səviyyədə mövcud vəziyyətə uyğunlaşması və islahatların ardıcıl formada davam etdirilməsidir:

“Burada xüsusilə qürurverici məqam isə bir neçə gün öncə cənab Prezidentin təşəbbüsü ilə Türkdilli Dövlətlərin videokonfrans vasitəsi ilə fövqəladə Zirvə görüşünün keçirilməsidir. Bu ölkəmizin koronavirus pandemiyasına qarşı mübarizədə nəinki milli, hətta regional və beynəlxalq səviyyədə hərəkətverici qüvvə olmaq istədiyindən və buna imkan verən potensialından irəli gəlir”.

Məzahir Əfəndiyevin sözlərinə görə, müşavirə bir daha aydın şəkildə nümayiş etdirdi ki, makroiqtisadi sabitliyin qorunması, əhalinin məşğulluq vəziyyətinin yaxşılaşdırılması və sahibkarlıq subyektlərinin dəyə biləcək zərərin minimuma endirilməsi kimi məsələlər də daxil olmaqla əhalimizin sosial rifahının qorunması və davamlı formada yaxşılaşdırılması yönündə bütün məsələlər dövlət gündəliyində başlıca yer alır:

“Bu məcrada xüsusilə son dövrlər inkişaf edən kənd təsərrüfatı sahəsində mümkün durğunluğun qarşısının alınmasına yönəlik tədbirləri vurğulamaq lazımdır. Xüsusilə bu sahədə məhsuldarlığın qorunması üçün həyati əhəmiyyətə malik suvarma suyu ilə təminatın yaxşılaşdırılması hökümət tərəfindən prioritetləşdirilən istiqamətlərdəndir. Eyni zamanda, kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərə çıxışlarının asanlaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə otuz milyon manat ayrılıb. Əhalimizin təmiz suya əlçatanlığının yaxşılaşdırılması nəticəsində ölkəmiz eyni zamanda 6-cı Davamlı İnkişaf Məqsədi istiqamətində böyük irəliləyiş əldə edəcək. Bütün bu tədbirlər bizi arxayın edir ki, cənab Prezidentin liderliyi altında hökümət vəziyyətə nəzarət edir və postpandemiya dövründə də Azərbaycan sürətlə inkişaf etməyə davam edəcək”.

Mehman
Xəbəri paylaş