Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu, Azərbaycan nümunəsi, Azərbaycan modelidir



Newscenter.az.16.04.2020. Hər fürsətdə Azərbaycan dövlətinin, Azərbaycan iqtidarının üzərinə yürüməyə cəhd edən, böhtan, qarayaxma yolunu tutan bilsinlər və anlasınlar ki, tuduqları yol-yol deyil, sonu yenə fiasko, uçurumdur. Heç nəyə nail ola bilməyiblər, bundan sonra da nail ola bilməyəcəklər. Qazandıqları və qazanacaqları yanız Azərbaycan xalqının nufrəti olacaq. Ölkə Prezidentinin sədrliyi ilə və videokonfrans vasitəsilə keçirilən müşavirə tarixi müşavirədir.

Ölkə Prezidenti bütün vəziyyətlərdə, fors-major situasiyalarda hər zaman təmkinini, müvazinətini, soyuqqanlılığını qoruyub-saxlaya bilir və hər zaman xalqına, dövlətinə, insanlarına, vətəndaşlara, ümid, inam yeri, arxa-dayaq olur, onu ümidsizləşməməyə, əksinə, daha da ümidli, inamlı olmağa ruhlandırır. Əsl Lider də, əsl dövlət Rəhbəri də məhz belə olmalıdır və 17 illik hakimiyyəti dönəmində də ölkə Prezidenti daim belə olub, yüksək idarəçilik, təşkilatçılııq, Lidelik keyfiyyətləri nümayiş etdirib.

Müşavirədə dünyada və ölkəmizdə yaşanan koronavirus pandemiyası, bunun cəmiyyətə, iqtisadi inkişada, siyasi-iqtisadi islahatlar prosesinə təsirlərindən geniş və ətraflı şəkildə bəhs edildi. Ölkə Prezidenti yaşananlara baxmayaraq, göstəricilərin ümumlikdə yaxşı olduğunu və postpandemiya dövründə əvvəlki inkişaf , islahatlar xətininin davam etdiriləcəyini, uğurlara nail olunacağını qətiyyətli və əmin şəkildə bildirdi. Bir daha aydın oldu ki, ölkəmiz ilin yanvar, fevral aylarını çox yaxşı göstəricilərlə başa vurub. Belə ki, Ümumi Daxili Məhsul (ÜDM) 3 faizə yaxın artıb, qeyri–neft sektorunda təxminən 7 faizə yaxın artım olub. Bütövlükdə üç ayı götürsək ÜDM 1,1 faiz artıb. Qeyri–neft sektorunda isə 3 faizdən bir qədər çox artım baş verib və yenə də artım var. Təbii ki, əgər koronavirus araya girməsəydi, bu artım daha da böyük olacaqdı. Bununla belə, qeyri–neft sənaye sektorunda artım 23 faizdir. Bu da onu göstərir ki, son müddət ərzində bu sahəyə göstərilən diqqət və qoyulan sərmayə öz gözəl nəticəsini verməkdədir. İnflyasiya 3 faiz səviyyəsindədir, ilin iki ayında 2,8 faiz idi, bir qədər artıb. Əhalinin gəlirləri isə 7 faizə yaxındır. Üç ayda vergi və gömrük orqanları büdcəmizə proqnozdan əlavə 310 milyon manatdan çox vəsait daxil ediblər. Nəzərə alsaq ki, indi iqtisadi fəallıq aşağı düşüb, cənab Prezidentin də vurğuladığı kimi, bu, yaxşı nəticədir, yenə də şəffaflıqla bağlı olan tədbirlərin bariz nümunəsidir.

Müşavirənin və ölkə Prezidentinin çıxışın ən mühüm məqamlarından biri də odur ki, ilin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Əksinə, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulur. Ancaq bundan da artıq olacaq. Çıxışda da bildirildiyi kimi, təkcə lazımi avadanlıqların, ləvazimatların alınması üçün bu yaxınlarda Prezidentin ehtiyat fondundan 97 milyon manat ayrılıb və bundan sonra da ilin sonunadək nə qədər lazımdırsa, ediləcək, hələ üstəlik 150 milyon manatın ayrılması da nəzərdə tutulur. Özü də bu vəsait 2,5 milyard manatın içində deyil. Bütün sosial ödənişlər aparılır. Orta aylıq əməkhaqqının 28 faiz, orta pensiyanın təqribən 27 faiz artması da onu göstərir ki, bu istiqamətdə müsbət işlər görülür. Artıq orta aylıq əməkhaqqımız 712 manatdır, orta pensiya 295 manatdır. Yaşa görə pensiya isə 330 manata yaxındır. Bununla belə, maaşlar, pensiyalar ildən-ilə artırılır. Təsadüfi deyil ki, ötən il 4,2 milyon insan dövlət tərəfindən qəbul edilmiş proqramlardan yararlanıb. Eyni zamanda, bu il bütün sosial infrastruktur obyektlərinin tikintisi də ixtisarsız icra ediləcək. Minimum 7 min köçkün ailəsi yeni mənzillərə köçürüləcək və minimum 1500 şəhid ailəsinə yeni mənzillər veriləcək və sair.
Bunlar insanı sevindirməyə, qürurlandırmaya bilməz. Bu qədər çətinliklər içərisində, dünyada həyatların, iqtisadiyyatların çökdüyü bir dönəmdə bu kimi addımların atılması və bunun da atılmağa davam edilməsi sözlə ifadəsi mümkün olmayan bir uğurdur, gerçəklikdir. Bu, Azərbaycan nümunəsi, Azərbaycan modelidir və bunun da tək ünvanı, tək sahibi var-İlham Əliyev! Qoy bunu bizi sevənlər də, sevməyənlər də, uğurlarımızı alqışlayanlar da, alqışlamayanlar da, “sapı özümüzdən olan baltalar”, bədxah qüvvələr də yaxşı bilsinlər. Xüsusilə, hər fürsətdə Azərbaycan dövlətinin, Azərbaycan iqtidarının üzərinə yürüməyə cəhd edən, böhtan, qarayaxma yolunu tutanlar bilsinlər və anlasınlar ki, tuduqları yol-yol deyil, sonu yenə fiasko, uçurumdur. Heç nəyə nail ola bilməyiblər, bundan sonra da nail ola bilməyəcəklər. Qazandıqları və qazanacaqları yanız Azərbaycan xalqının nufrəti olacaq, Azərbaycanımız isə ölkə Prezidentinin müdrik rəhbərliyi altında xalqımızla birlikdə yeni xarüqələr yaradacaq, yeni-növbəti zəfər tarixi yazacaq. Hər kəs buna əmin olsun!

Kamilə Əliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş