Newscenter.az.16.04.2020. Dövlət Gömrük Komitəsinin əməkdaşları koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi dövründə daha 80 ailəyə yardım ediblər.
Newscenter.az xəbər verir ki, Cənub Ərazi Baş Gömrük İdarəsi və idarənin "Biləsuvar" gömrük postunun, DGK İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıblar. Gömrük əməkdaşları, eyni zamanda, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.
Zaur