Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Distant formada korporativ hüquq təliminə başlanılıb

Distant formada korporativ hüquq təliminə başlanılıb


Newscenter.az.18.04.2020. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB İnkişaf Mərkəzi fəaliyyətini distant formada davam etdirir.

Newscenter.az-a KOBIA-dan bildirilib ki, aprelin 17-dən etibarən Xaçmaz KOB İnkişaf Mərkəzində distant formada “Korporativ hüquq” təlimlərinə başlanılıb. Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən mikro, kiçik və orta biznes subyektlərinin iştirak etdiyi təlim 4 gün davam edəcək.

Təlim çərçivəsində KOB-lara əmək hüququ, kommersiya qurumlarının yaradılması, şirkətin ləğvi və yenidən təşkili, idarəetmə və s. barədə ətraflı məlumat veriləcəkdir.
Xəbəri paylaş