Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BNA 155 ailəyə ərzaq sovqatı paylayıb



Newscenter.az.21.04.2020. Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayan 155 ailəyə ilkin tələbat məhsullarından ibarət ərzaq sovqatları paylanılıb.

Newscenter.az-a BNA-dan bildirilib ki, məqsəd koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan olunan xüsusi karantin rejimi dövründə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaqdır.

Aksiya çərçivəsində kənd sakinlərinə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi əməl etmələrinin, zərurət olmadan digər şəxslərlə təmasda olmamalarının və şəxsi gigiyena qaydalarına əməl olunmasının vacibliyi bildirilib.

Anar
Xəbəri paylaş