Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bərdədə qanvermə aksiyası təşkil olunub



Newscenter.az.23.04.2020. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Bərdə sakinləri də qoşulublar.

Newscenter.az Bərdədən millət vəkili seçilmiş Fatma Yıldırıma istinadən xəbər verir ki, bu məqsədlə Mərkəzi Qan Bankının Bərdə rayon bölməsində qanvermə aksiyası təşkil olunub.

Qeyd edək ki, bir neçə gün öncə 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə Milli Məclisin deputatı Fatma Yıldırım rayon sakinlərinə, seçicilərinə müraciət edərək onları Mehriban xanım Əliyevanın nəcib təşəbbüsünə qoşulmağa çağırmışdı. Bu təşəbbüsə və çağırışa bərdəlilər böyük ruh yüksəkliyi ilə qoşulublar.

Gün ərzində xüsusi karantin rejiminin qaydalarına əməl etməklə 100-dən çox Bərdə sakini könüllü surətdə qanvermə aksiyasında iştirak edib. Deputat Fatma Yıldırım da qanvermə aksiyasında iştirak edən seçicilərinin yanında olub, onların bu xeyirxah təşəbbüsə qoşulmalarını yüksək qiymətləndirib.

Qanvermə aksiyası aprelin 23-sə də davam edib.
Xəbəri paylaş