Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəmizdə koronavirusa qarşı ən yüksək səviyyədə mübarizə aparılır

Ölkəmizdə koronavirusa qarşı ən yüksək səviyyədə mübarizə aparılır


Newscenter.az.25.04.2020. “Artıq bir neçə aydır ki, insanlıq kürəsəl düşmən olan COVİD19-la mübarizə aparır. Dünyanın bir parçası olan ölkəmizdə də möhtərəm Prezidentimizin rəhbərliyi və tapşırığı ilə koronavirusa qarşı ən yüksək səviyyədə mübarizə aparılır. Çoxşaxəli, mərhələli strategiya üzərində qurulmuş bu mübarizə beynəlxalq təşkilatlar və xüsüsən də ÜST tərəfindən çox yüksək qiymətləndirilib”.

Newscenter.az yap.org.az-a istinadən xəbər verir ki, bu fikirləri millət vəkili Məlahət İbrahimqızı səsləndirib. O, bildirib ki, bütövlükdə mükəmməl səviyyədə hazırlanmış və Baş Nazir Əli Əsədovun imzası ilə təsdiq edilmiş Tədbirlər Planının əsas mahiyyəti də ölkə rəhbərliyinin tapşırdığı kimi, vətəndaşların sağlamlığı, xalqın həyatı, sosial müdafiə və rifah, məşğulluğun qorunması, maliyyə-iqtisadi stabilliyin saxlanılması istiqamətlərində həyata keçirilir:

“Məhz bu uğurlu siyasətin nəticəsidir ki, dünyanı bürüyən bu pandemiya fonunda ölkəmizdə vətəndaş məmnunluğu, milli birlik və həmrəylik vətəndaşlar tərəfindən möhtərəm Prüzidentimizə ünvanlanan minlərlə məktublarda əksini tapıb. Tədbirlər planında çox həssas məqamlara həm məşğul əhalini (muzdla işləyən vətəndaşlarımız), həm də işləməyən vətəndaşlarımızın sosial təminatını təmin edir, eyni zamanda onlara birbaşa yardımın həyata keçirilməsi, iş yerlərinin, əlillik müddətlərinin, ünvanlı yardımların verilməsinin müddətinin uzadılması cəmiyyətdə bir növ rahatlıq yaradıb. Burada birinci istiqamət pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqılarının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsidir. Məqsəd ondan ibarətdir ki, iş yerlərinin sayı azaldılmasın və həmin sektorlarda çalışan vətəndaşlarımız indiki halda işləməsələr belə əməkhaqqılarını ala bilsinlər. Bu, orta və iri sahibkarlıq subyektlərində çalışan vətəndaşlarımızı əhatə edəcək. Eyni zamanda hər hansı bir vətəndaşımız kiçik, orta və iri sahibkarlıq subyektində muzdlu işçi kimi əməkhaqqı müqaviləsini malikdirsə, o zaman ona dövlət tərəfindən dəstək olacaq. Belə muzdla çalışan işçilərin sayı 300 min nəfərdir. Bu istiqamətə 215 milyon manat vəsait ayrılacaq. Yəni orta hesabla hər bir muzdla çalışan vətəndaşa 716 manat vəsait ayrılacaq. Təbii ki, burada əməkhaqqı səviyyəsindən asılı olaraq, məbləğ dəyişə bilər. Bəzi vətəndaşlarımız əməkhaqqılarına uyğun olaraq, nisbətən az, bəziləri isə çox yardım alacaq. Bütün hallarda 300 min muzdla çalışan vətəndaşımız məhz bu istiqamətə ayrılan vəsaitdən faydalana biləcək. Elə vətəndaşlarımız var ki, onlar VÖEN-lə işləyirlər, yəni mikro və ya fərdi sahibkar kimi fəaliyyət göstərirlər”.

Millət vəkili bildirib ki, həmin sahibkarlıq subyektlərinə də birbaşa yardımın həyata keçirilməsi nəzərdə tutulub:

“Bu məqsədlə büdcədən 80 milyon manat vəsait ayrılacaq. Yenə də 300 min vətəndaşımız bu vəsaitdən yararlana biləcək. Orta hesabla, hər bir VÖEN-lə işləyən vətəndaş üçün 267 manat vəsaitin ayrılması nəzərdə tutulur. Təbii ki, burada yenə də məbləğ mikro sahibkar kimi fəaliyyət göstərən vətəndaşlarımızın əvvəlki dövrdəki gəlirlərindən asılı olaraq dəyişə bilər. Çünki burada əsas meyar ondan ibarətdir ki, həmin mikro və ya fərdi sahibkar 2019-cu ildə vergi ödənişlərini, eləcə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş olsun. Əgər VÖEN-lə çalışan, yəni fərdi və ya mikro sahibkarlıqla məşğul olan vətəndaşımız 2019-cu ildə məcburi öhdəliklərini yerinə yetiribsə, vergi ödəyibsə və hesabatlar veribsə, o zaman həmin vətəndaşlarımızın məhz bu yardımdan faydalanmaq imkanlarına malik olacaq”.
Xəbəri paylaş