Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Görülən işlərin, atılan addımların mayasında da Azərbaycan insanı, onun sağlamlığı, təhlükəsizliyi dayanıb



Eldəniz Səlimov: "Hər gün ölkə Prezidentinə ünvanlanan onlarla, yüzlərlə təşəkkür, minnətdarlıq məktubları bir daha bunları əyani şəkildə təsdiqləyir"

Newscenter.az.27.04.2020
. Bu gün dünya koronavirus kimi ciddi bir problemlə üz-üzədir. Bəşəriyyəti ciddi şəkildə təhdid edən bu virus Azərbaycandan da yan keçməyib. Ancaq sevindirici məqam ondan ibarətdir ki, ölkəmiz bu bəladan minimum dərəcədə zərər görən azsaylı dövlətlərdəndir. Təbii ki, bu da ölkəmizdə həyata keçirilən uğurlu qabaqlayıcı tədbirlərlə bağlıdır. Məhz həyata keçirilən genişmiqyaslı qabaqlayıcı təbbirlərin nəticəsidir ki, hər ötən gün Azərbaycanda virusa yoluxma halı azalmaya doğru gedir. Elə millət vəkili Eldəniz Səlimovla da məhz bu mövzuda söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Eldəniz Səlimov pandemiyadan zərər görən sahələrə yönəlik dövlət dəstəyi və bunun əhalinin sosial durumuna müsbət təsirlərindən də danışıb.

-Eldəniz müəllim, hazırda bütün dünyanı koronavirus pandemiyası bürüyüb və Azərbaycan da bu bəladan yan keçməyib. Bu mənada Azərbaycan dövləti, hökumətinin koronavirusa qarşı mübarizə tədbirlərini necə dəyərləndirərdiniz?

-Məşhur atalar məsəlimizdə deyildiyi kimi, "görünən dağa nə bələdçi?!" Görülən işlər, atılan addımlar hamısı gün kimi ortadadır. Hamımız bunların canlı şahidləriyik. Dünyanı lərzəyə salan koronavirus pandemiyasının önlənməsinə, onun geniş yayılmamasına qarşı ən qətiyyətli, ən cəsarətli addımları məhz ölkəmiz atdı, ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə bu məsələdə də ilkə imza atıldı, növbəti Azərbaycan nümunəsi ortaya qoyuldu. Bir çox nüfuzlu dövlətlər-hansı ki, indi pandemiyanın əlində əsir-yesir qalıblar- koronavirus infeksiyasına barmaqarası yanaşanda, onu ötəri, keçici bir hal sayanda, Azərbaycan dövləti, Azərbaycan hökuməti ilk andaca bunun ciddiyyətinə vardı və önəmli önləyici addımlar atdı. Düzdür, bizdə də koronavirusa yoluxanlar, dünyasını dəyişənlərimiz də oldu və var, ancaq bu xəstəlikdən şəfa tapanlarımız, dövlətimizin qayğısı, həkimlərimizin peşəkarlığı sayəsində sağalaraq evlərinə, ailələrinə dönənlərimiz də onlarla, yüzlərlədir. Son günlərin statistikası artıq onu söyləməyə əsas verir ki, bu bəladan da qurtulmağımıza çox az qalıb, bunu da çox yaxın günlərdə birlikdə dəf edəcəyik. Bunlar isə dediyim kimi, Azərbaycan dövlətinin, xüsusilə, ölkə Prezidentinin iradəsi, qətiyyətli, vaxtında və zamanında atdığı addımlar nəticəsində mümkünləşib. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, oraya büdcədən 20 milyon manatın ayrılması, ölkə Prezidentinin və dünyada mərhəmət, şəfqət simvoluna cevrilən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir illik məvaciblərini Fonda ianə etməsi, koronavirus pandemiyasının iqtisadiyyata, ən əsası insanlarımızın həyatına mənfi zərərlərinin aradan qaldırılması üçün əvvəlcə 1 milyard manat, sonra isə 2, 5 milyard manat vəsaitin ayrılması, dövlət başçısının tapşırığı ilə Nazirlər Kabineti tərəfindən hazırlanmış "Tədbirlər Planı"nın açıqlanması, açılışı reallaşdırılmış "Yeni klinika"nın pandemiya daşıyıcılarının müalicəsi üçün onların ixtiyarına verilməsi, tibbi maska istehsal edən müsəssisənin işə düşməsi, 6 modul tipli xəstəxanın tikintisi üçün vəsaitinin nəzərdə tutulması və tikinti işlərinə başlanılması, ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir neçə dəfə Azərbaycan xalqına müraciət etməsi və sair addımlar Azərbaycan dövlətinin, dövlət rəhbərliyinin bu məsələdə nə qədər iradəli və qətiyyətli olduğunu bir daha nümayiş etdirdi. Görülən işlərin, atılan addımların mayasında da Azərbaycan insanı, onun sağlamlığı, təhlükəsizliyi dayanıb, dayanır və dayanmaqdadır. Beləliklə, bu bəladan da qurtulacağımız gün uzaqda deyil.

-Azərbaycan dövləti, şəxsən prezident İlham Əliyev cənabları bu virusun Azərbaycan insanı, vətəndaşına təsirini minimuma endirmək istiqamətində fəaliyyətlə yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, virusun zərər vurduğu sahələrə kompensasiyanın ödənilməsi istiqamətində də davamlı addımlar atır. Həyata keçirilən sosial tədbirlər cəmiyyətin, vətəndaşlarımızın sosial rifah halına nə dərəcədə müsbət təsir göstərir?

-Qeyd etdiyim ki, koronavirus pandemiyasının iqtisadiyyatda dalğalanmalara səbəb olmaması və nəticə etibarı ilə ölkə vətəndaşlarının həyatına ağrılı təsir etməməsi üçün əvvəlcə bir milyard, sonra isə 2, 5 milyard manat vəsait ayrıldı. Bu vəsaitlər dövlət başçısının birbaşa tapışırığı və göstərişi ilə hazırlanmış və ictimaiyyətə elan edilmiş "Tədbir Planı"nın icrasına, növbəti sosial paketin daha uğurlu şəkildə reallaşdırılmasına yönəldilib. Artıq 2 həftəyə yaxındır ki, "Tədbir Plan"ının icrası yönündə də ardıcıl və məqsədyönlü addımlar atılmaqdadır, birdəfəlik ödəmələr həyata keçirilməkdədir. Əgər əvvəlcə 200 min insana işsizliyə görə iki aylıq 190 manatlıq birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulurdusa, dövlət başçısının nazirlərlə son videobağlantı formasında iclasından sonra bu rəqəmin 600 minə qaldırılması qərara alındı. Hətta, ölkə başçısı tərəfindən qeyd edildi ki, əgər karantin rejimi uzun çəkərsə, növbəti aylarda da bu ödəmələr həyata keçiriləcək və bunun üçün də dövlət heç nəyi əsirgəməyəcək. Budur əsl dövlətçi düşüncə, budur əsl dövlətçi təfəkkür, budur əsl Lider, Rəhbər qətiyyəti. Ona görə inanıram və qəti şəkildə əminəm ki, bu addımlar hamısı Azərbaycan insanın rifahında, pandemiyanın təsirlərinə az məruz qalmasında çox mühüm və önəmli rol oynayacaq. İnsanlarımız, vətəndaşlarımız da bunu görür və qiymətləndirir. Hər gün ölkə Prezidentinə ünvanlanan onlarla, yüzlərlə təşəkkür, minnətdarlıq məktubları bir daha bunları əyani şəkildə təsdiqləyir...

-Cənab Prezidentin bu günlərdə bir neçə obyektin açılış mərasimində etdiyi çıxışlarda bir daha vurğulandı ki, nəzərdə tutulan sosial layihələr təxirə salınmayacaq. Eyni ilə dünyanı bürüyən maliyyə böhranı zamanı da dövlət başçısı həmin fikirləri söylədi və əməldə onu təsdiq etdi. Bütün bunlar onu deməyə əsas verirmi ki, Azərbaycanda çox güclü sosial dövlət modeli formalaşıb və bu modelin formalaşması da öz növbəsində düzgün idarəçiliklə bağlıdır?

-Bəli, ilk gündən bütün çıxışlarında, nitqlərində, Azərbaycan xalqına çağırış və müraciətlərində dövlət başçısı birmənalı və qətiyyətli şəkildə bəyan etdi ki, heç bir sosial layihə ixtisara salınmayacaq, əksinə, lazım, ehtiyac duyulacağı təqdirdə, növbəti addımlar atılacaq. Çünki Azərbaycan dövləti güclü, qüdrətli, inkişaf, tərəqqi edən, hər gün zəfərlər yazan ölkədir. Bunlar hamısı da ölkə Prezidentinin son 17 illik uzaqgörən, düşünülmüş, son dərəcədə müdrik siyasətinin uğurlu nəticələri, bəhrələridir. Azərbaycan dövləti və hökumətinin qarşısında duran ən böyük hədəflərdən biri də ölkəmizin sosial rifah ölkəsinə, dövlətinə çevrilməsidir. Bu istiqamətdə atılan addımlar 2018-ci ilin aprel seçkilərindən və ötən ilin əvvəllərindən növbəti sürətli və geridönməz xarakter alan mərhələsinə qədəm qoymuşdur. Düzdür, bu ilin mart, aprel aylarında məlum səbəblərdən dolayı yaşananlar (söhbət iqtisadi inkişafdan gedir) bu prosesdə bir qədər yavaşlamaya səbəb olsa da, ancaq atılan addımlar bu mərhələnin, bu prosesin də uğurla öz hədəfinə çatmasında müsbət rolunu oynayacaq və töhfələrini verəcək.

-Bəs millət vəkili olaraq siz seçicilərinizlə pandemiya dövründə necə iş mexanizmi qurmusunuz? Heç şübhəsiz ki, deputat seçildiyiniz dairədən olan imkansız, tənha insanlara dəstəyinizi göstərirsiniz. Bütün bunları hansı formada həyata keçirirsiniz?

-Təbii ki, digərlərindən fərqli olaraq, belə bir çətin, həssas və məsuliyyətli bir dönəmdə millət vəkillərinin üzərinə daha çox-onqat məsuliyyət düşür. Çünki insanlar daha çox dövlətinə, onun ali qanunverici orqandakı təmsilçilərinə, elçilərinə güvənir, onlardan umur, onlardan müəyyən addımlarıın atılmasını gözləyirlər. Dövlətimiz də öz işini görüb, görür, görməkdədir və bundan sonra da görəcək. Buna paralel olaraq, hər bir millət vəkili də bu məqamda daha məsuliyyətli olaraq, həm dövlətinə, həm onu bu mərtəbəyə qaldıran, cəmi 125 insandan, 125 mandat sahibindən biri edənə-xalqına, seçicilərinə öz köməkliyini etməli, yardım əlini uzatmalı, başqalarından daha fəal olmalıdır. Təvazökarlıqdan uzaq olmasın, mən də bir millət vəkili kimi hər zaman üzərimə düşən məsuliyyəti hiss etmişəm, insanların, xaçmazlıların yanında olmağa çalışmışam. Xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla, yerlərdə insanlarla, seçicilərlə görüşlər keçirir, onların problemlərinin qarşılanmasında əlimdən gələni əsirgəməməyə çalışıram. Məsəl var ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Etdiklərimi dilə gətirib, özümü reklam etmək fikrindən hər zaman uzaq olmağa çalışmışam, bu gün də bu prinsipimə, bu şüarıma sadiqəm.
Xəbəri paylaş