Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müasirlikdən düzgün istifadə etmək lazımdır



Newscenter.az.27.04.2020. Hər bir insanın mənəvi həyatı onun ailəsində aldığı tərbiyə ilə ölçülür.Yeni nəslin milli və mənəvi cəhətdən böyüməsində təhsilin də rolu az deyil. Bilirsiniz ailədə və cəmiyyətdə milli və mənəvi şüuru formalaşdırmaq üçün ictimai qınaq olmalıdır”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən hüquqşünas Əli İbrahimov deyib ki, ailələr müasir olmalıdır:

“Amma normasında. Müasirlikdən düzgün istifadə etmək lazımdır. Qabaqcıl yeniliklərdən yararlanmaq lazımdır. Biz milli və mənəvi dəyərlərimizə yad olan ünsürlərdən uzaq olmalıyıq. Bəzən görürsən ki, valideyn dolanışıq ucbatından işdən vaxt tapmır ki, uşağın təlim tərbiyəsi ilə məşğul olsun. Sözsüz ki, bu da mənəvi tərbiyəyə təsir edən mənfi amillərdən biridir. Bu gün uşaqlarda mütailə etmək həvəsi yoxdur. Unutmaq olmaz ki, mütailə etməklə insan həm kamilləşir, həm də savadlanır”.

Hüquqşünas hesab edir ki, bu cür maarifləndirici tədbirlər həyata keçirməklə problemin həllinə müəyyən qədər nail ola bilərik:

“Valideyinlər praktiki cəhətdən hazır və savadlı olması və bundan irəli gələn milli və mənəvi ruhu aşılanması və hər bir Azərbaycan vətəndaşının dəstəyi vacibdir ki, uşaq və gənclərdə milli və mənəvi vətənpərvərlik hissləri artsın”.

Mehman
Xəbəri paylaş