Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində bilik və bacarıqlarımızı səfərbər edəcəyik



Newscenter.az.28.04.2020. Milli Məclisin son iclasında əvvəlki illərdə olduğu kimi, yenə də Azərbaycan-İtaliya Parlamentlərarası İşçi Qrupunun rəhbəri seçildim. Dünən isə Azərbaycan Parlamentinin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri təyin olundum”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən millət vəkili Azər Kərimloi bu vacib və məsuliyyətli vəzifəni ona havalə etdiyi üçün Azərbaycan Respublikası Milli Məclisinin rəhbərliyinə öz dərin təşəkkürünü bildirib:

“Əmin etmək istəyirəm ki, nümayəndə heyətinin üzvləri olan həmkarlarımla birgə ölkəmizin maraqlarını qorumaq, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində bütün bilik və bacarıqlarımızı səfərbər edəcəyik”.

Anar
Xəbəri paylaş