Newscenter.az.28.04.2020. Aşıq Şəmşir mədəniyyət ocağı ictimai birliyinin təşkilatçılığı ilə Kəlbəcər rayonundan məcburi köçkün düşmüş Nəzakət xanım bütün dünyada hökm sürən və Azərbaycandan da yan keçməyən COVİD-19 adlı xəstəliklə mübarizə məqsədilə, xalqa kömək olaraq öz zəhməti ilə, şəxsi sexində 600-dən artıq tibbi maska tikərək aztəminatlı ailələrə paylayıb.
Newscenter.az İctimai Birliyə istinadən xəbər verir ki, o, ölkə başçısı cənab İlham Əliyevin "BİZ BİRLİKDƏ GÜCLÜYÜK" şüarı altında bu xeyirxah və nümunəvi addımı atıb.