Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bütün icra başçıları dəyişməlidir



Məhəmməd Əsədullazadə: "Bakıda yoxlanılıb həbs olunası neçə başçısı var"

Newscenter.az.29.04.2020
. “Ayrı-ayrı rayonların icra başçılarının dövlət vəasitinin mənimsəmədə ittiham edilərək həbs olunması görünür, digər başçılar üçün nəticə olmayıb. Biləsuvar rayonun icra başçsının həbsi, bunu bir daha göstərdi”.

Newscenter.az.xəbər verir ki, bu fikirləri AXCP-nin sədr müavini Məhəmməd Əsədullazadə səsləndirib:

“Bunları arxayın edən hansı faktordur ki, bu qədər sərbəstdilrər. Qeyd edim ki, bu həbs yenə də digərləri üçün dərs olmayacaq. Neçə illərdir ki, yerini möhkəmləndirən icra başçıları var ki, eyni əməli davam etdirirlər”.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, dövlət başçsı İlham Əliyevin dəfələrlə icra başçılarına xəbərdarlıq etməsinə baxmayaraq, bu kimi halların davam etməsi göstərir ki, bütün icra başçıları dəyişməlidir:

“Post-pandemiya dövrünə yeni kadrlarla getmək lazımdır. Bakıda yoxlanılıb həbs olunası neçə başçısı var. Prezidentin bu istiqamətdə cəza mexanizmi bürokratik əngəli və xalqa qarşı olan belə şəxslərin aradan qaldırılamsına zəmin yaradacaq. Ümumiyyətlə icra başçsı sistemi səmərəsiz və dövlətlə xalq arasında uçurum yaradan bir sistemdi. Bələdiyyələrin səlahiyyətlərinin artırılması və bu istiqamətdə ciddi islahatların aparılmasına ehtiyac var. Bunlar o qədər azğınlaşıblar ki, kasıb təbəqə üçün ayrılan vəsaiti mənimsəyirlər”.

Mehman
Xəbəri paylaş