44 mindən çox hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
Tarix: 30-04-2020, 14:34
Newscenter.az.30.04.2020. Son 29 gün ərzində ölkədə inzibati məsuliyyətə cəlb edilən hərəkət iştirakçılarının sayı açıqlanıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 44 016 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.