Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan modeli" mövzusunda videokonfrans keçirilib



Newscenter.az.30.04.2020. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə "Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan modeli" mövzusunda videokonfrans keçirilib.

Newscenter.az xəbər verir ki, onlayn müzakirədə Milli Məclisinin deputatları Ramin Məmmədov, Ramil Həsən, Könül Nurullayeva, Şahin İsmayılov, Şahin Seyidzadə, o cümlədən YAP Gənclər Birliyinin sədri Seymur Orucov, ARGTMŞ-nın sədri Məryam Məcidova, "ASAN Könüllüləri" Gənclər Təşkilatının sədri Səbinə Cabarova, "CAVAN" Gənclər Hərəkatı İB-nin nümayəndəsi Murad Ağabəyli və YAP Nizami rayon təşkilatı GB sədrinin müavini Ramil Vəlibəyov iştirak ediblər.

Videokonfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə koronavirusa qarşı mübarizə sahəsində həyata keçirilən geniş miqyaslı tədbirlər müzakirə edilib. Bununla yanaşı videomüzakirə zamanı Azərbaycan xalqına düşmən kəsilmiş, daim anti-milli mövqedə durmuş radikal müxalifətin siyasi təxribatları, onların sosial şəbəkələrdəki Azərbaycan xalqının və dövlətinin milli maraqlarına zərbə vurmağa yönəlmiş fəaliyyəti də kəskin tənqid olunub.

Anar
Xəbəri paylaş