Newscenter.az.1.05.2020. Azərbaycan Respublikası Dövlət Neft Fondu aprel ayı ərzində həyata keçirdiyi valyuta hərracının miqdarını açıqlayıb.
Fondun ictimaiyyətlə əlaqələr departamentindən Newscenter.az-a bildirilib ki, aprel ayı ərzində ARDNF tərəfindən valyuta hərraclarında 531,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Qeyd edək ki, mart ayında isə Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 1 milyard 928,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb ki, bu da əvvəlki ayla müqayisədə azdır.
Sevinc