Newscenter.az.2.05.2020. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilib qiymətləndirilməsi məqsədilə fitosanitar müşahidələri davam etdirir.
Newscenter.az xəbər verir ki, bu məqsədlə AQTA-nın fitosanitar müfəttişləri tərəfindən Ağdam və Bərdə rayonlarında ixrac üçün nəzərdə tutulan soğan əkini sahələrində monitorinqlər keçirilib. Monitorinqlər çərçivəsində xüsusi karantin rejiminin qaydalarına əməl etməklə soğan yığılan sahələrdə fermer və ixracatçılarla görüşlər təşkil olunub. Görüşlərdə soğan ixracının prosedur qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb, sahibkarlara zəruri tövsiyələr verilib və onların sualları cavablandırılıb.
Qeyd edək ki, AQTA tərəfindən bu cür maarifləndirici tədbirlər mütəmadi şəkildə davam etdirilməkdədir.
Orxan