Newscenter.az.6.05.2020. Bakı Mühəndislik Universitetinin (BMU) hər iki yataqxanasında (qızlar və oğlanlar üçün) yaşayan tələbələr koronovirus pandemiyası ilə əlaqədar olaraq mart ayından etibarən kirayə ödənişlərindən azad olunublar.
Newscenter.az bildirir ki, universitetin müvafiq qərarına əsasən, kirayə ödənişindən azad olunma 2019/2020-ci tədris ilinin sonuna kimi qüvvədə olacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, sosial təcridin gücləndirilməsi və yoluxma hallarının qarşısının alınması məqsədilə mart ayından etibarən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müvəqqəti dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.
R.Mehdiyeva