Newscenter.az.6.05.2020. “Whatshapp” messengerində Bakı metrosunun mayın 9-u sərnişinlər üçün açılacağına dair səsyazısı yayılıb.
Modern.az-ın məlumatına görə, səsyazısının “Bakı Metropoliteni” QSC-nin Hərəkət xidmətinin rəisi Etibar İsayev olduğu bildirilir.
“Stansiya rəisləri və müavinlərin nəzərinə! Ayın 9-u, yəni şənbə günü səhər saat 06:00-da metropoliten sərnişindaşıma fəaliyyətinə başlayır”.
Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, metropoliten hər an sərnişinlərə xidmət göstərmək üçün hazırdır:
“Xidmət rəisi də məhz bu hazırlıq komandasını səsləndirib. Bu komanda mayın 4-də də verilmişdi, amma metro açılmadı”.
B.Məmmədov deyib ki, bu barədə qərar olacaqsa, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanacaq:
“Biz bütün hazırlıqlrımızı görüb Operativ Qərargahın verəcəyi qərarı gözləyirik. Onlar nə vaxt desə, o vaxt da metro sərnişinlərin ixtiyarına veriləcək”.