Newscenter.az.7.05.2020. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) bu ilin mart-aprel ayları ərzində 746 müraciət daxil olub.
Newscenter.az KOBİA-ya istinadən məlumat verir ki, daxil olmuş müraciətlərin 370-ə yaxını koronavirus pandemiyası və bununla əlaqəli məsələlər, o cümlədən pandemiya səbəbindən sahibkarların qarşılaşdıqları çətinliklər və sahibkarlara dövlətin maliyyə-iqtisadi dəstək tədbirləri ilə bağlıdır. Müraciətlərin 225-i sahibkarlığın inkişafı, 105-i sahibkarlıqla bağlı yaranmış problemlər, 50-si KOBİA-nın sahibkarlara göstərdiyi dəstək və xidmətlər, eləcə də digər məsələlərlə əlaqədardır.
Mart-aprel ayları ərzində KOBİA-nın 131 Çağrı Mərkəzinə isə 598 müraciət daxil olub. Müraciətlərin 299-u koronavirus pandemiyası və bununla bağlı məsələlər, o cümlədən pandemiya ilə əlaqədar sahibkarların qarşılaşdıqları çətinliklər və onlara göstərilən maliyyə-iqtisadi dəstək tədbirləri, 71-i biznesə başlanılması və mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə dəstək göstərilməsi, 228-i isə Agentliyin dəstək mexanizmləri, güzəştli maliyyəyə çıxış, əməkdaşlıq və digər məsələlərlə bağlıdır.
KOBİA-ya daxil olmuş müraciətlər qanunvericiliyə uyğun olaraq cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə Agentliyin struktur bölmələri tərəfindən araşdırıldıqdan sonra sahibkarlara müvafiq məlumat verilib.
Zaur