Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nizami rayon ictimaiyyəti qanvermə aksiyasına qoşulub



Newscenter.az.17.05.2020. Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Nizami rayonu da qoşulub.

Newscenter.az xəbər verir ki, bu məqsədlə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının qərargahında karantin qaydalarına uyğun təşkil olunan qanvermə aksiyasında Rayon İcra Hakimiyyətinin və partiya təşkilatının rəhbərliyi, eləcə də rayon ictimaiyyəti iştirak ediblər.

Aksiyada Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hematoloqları rayon sakinlərinin sağlamlıq vəziyyətini yoxladıqdan sonra müvafiq qaydada qan götürüblər.
Aksiya zamanı qan verənlərin sayı 100 nəfərdən çox olub.

Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.
Qeyd edək ki, Heydər Əliyev Fondu talassemiya xəstəliyi ilə bağlı ölkədə mühüm tədbirlər, o cümlədən 2005-ci ildən “Talassemiyasız həyat naminə” layihəsini həyata keçirir. Bu sahədə ixtisaslaşdırılmış tibb ocağının və qan bankının təşkili, yüksəkixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri, eləcə də tibbi xidmətlə təmin olunması üçün Fondun təşəbbüsü ilə Talassemiya Mərkəzi yaradılıb.

Anar
Xəbəri paylaş