Newscenter.az.31.05.2020. Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşları arasında Koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticələri neqativ çıxıb.
Təhsil ocağından Newscenter.az-a bildirilib ki, Ali Məktəbin əməkdaşlarında virusa yoluxma halı qeydə alınmayıb. Müəssisə daxilində virusla mübarizə tədbirləri çərçivəsində sanitar epidemioloji normalara və daxili normativ sənədlərlə müəyyən edilmiş qaydalara qeyd-şərtsiz olaraq tam əməl olunur.
Baş verə biləcək risklərin, eləcə də infeksiyanın yayılmasının qarşısını almaq üçün, dezinfeksyaedici məhlullardan və tibbi maskalardan istifadə, ara məsafəsinin saxlanması (ən azı 2 metr) da daxil olmaqla digər müəyyən olunmuş tədbirlərə nəzarət edilir.
R.Mehdiyeva