Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda 2 hektar sahədə narkotik bitki aşkarlandı



Newscenter.az.1.06.2020. Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları Xaş-Xaş-2020 tədbirlər planına uyğun olaraq əməliyyat-axtarış tədbiri həyata keçrilib.

Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsi və yabanı halda yayılması hallarının qarşısının alınması məqsədilə Xaş-Xaş-2020 şərti adı ilə əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirib.

Beləki, şöbənin əməkdaşları tədbirlər planına uyğun olaraq Ağsu rayonu Ərəbmehdibəy kəndi ərazisində yerləşən “Köhnə kolxozun gər bağı” adlanan yerdə 2 hektar ərazidə hər biri 100-150 sm hündürlükdə olan 2600 ədəd, ümumi çəkisi bir ton olan yabanı halda bitərək yayılmış çətənə kolları aşkar edilib. Yabanı halda aşkar edilən çətənə kolları əraziyə cəlb edilmiş aqranom və hal şahidlərinin iştirakı ilə kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Bu kimi tədbirlərin il ərzində mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur.
Xəbəri paylaş