Newscenter.az.1.06.2020. Gürcüstanda koronavirusla bağlı 57 768 şühbəli hal müəyyən edilib və onların 794-ü təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
Onun sözlərinə görə, ölkədə COVID-19-a yoluxanların 78%-i artıq sağalıb, xəstəlikdən ölüm göstəricisi isə 1,5% təşkil edir.
A.Qamkrelidze deyib ki, 723 uşaq koronavirusla bağlı müayinədən keçirilib: “0-14 yaş arasında olan 72 uşaq, 15-19 yaş arasında olan 32 yeniyetmədə virus aşkarlanıb”.