Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Su kanalına atılmış heyvan leşi məhv edilib



Newscenter.az.3.06.2020. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində tədbirləri davam etdirir.

Newscenter.az xəbər verir ki, Agentliyin əməkdaşları 1003 - Çağrı Mərkəzinə daxil olan müraciət əsasında Bərdə rayonu, Alpoud kəndi ərazisindən keçən köməkçi su kanalına baxış keçiriblər. Su kanalında tələf olmuş, sahibi məlum olmayan 13 baş iribuynuzlu heyvan aşkarlanıb. Heyvanların hansı səbəbdən tələf olduğunu müəyyən etmək məqsədilə daxili orqanlarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Tələf olmuş heyvanlar Bərdə rayonu ərazisində Məişət Tullantıları Poliqonunda zərərsizləşdirilərək məhv edilib. Ərazidə aidiyyəti üzrə müvafiq qurumun əməkdaşları tərəfindən dezinfeksiya işləri aparılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

Orxan
Xəbəri paylaş