Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların sayı artırılıb



Newscenter.az.4.06.2020. Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən, ölkəmizdə karantin rejimi müddətinin iyunun 15-dək uzadılması və tətbiq edilən məhdudiyyətlərin bir qisminin yumşaldılması ilə əlaqədar Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara təlabat çoxalıb.

Newscenter.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, həmin istiqamətdə sərnişinlərin karantin qaydalarına uyğun hərəkətinin təmin edilməsi və sıxlıq yaşanmaması üçün qatarların sayı artırılıb. Bu məqsədlə Bakı-Xırdalan-Sumqayıt-Bakı, Bakı-Pirşağı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik edilib.

Anar
Xəbəri paylaş