Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda sərt karantin rejimi tətbiq olunacaq



Newscenter.az.4.06.2020. "Qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir".

Bu fikirlər Baş Nazir Əli Əsədovun müraciətində yer alıb.

"Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin bölgələrdə də təkrarən tətbiq olunacaq. Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunmuşdur. Sonda bir daha bildirmək istəyirəm ki, görülən bütün tədbirlərin ali məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır”, - müraciətdə bildirilib.
Xəbəri paylaş