[/center]
Newscenter.az.4.06.2020. 2020-ci ilin yanvar ayından başlayaraq bütün dünyanı öz cənginə alan COVİD-19 pandemiyası çox təəssüf ki, ölkəmizdəndə yan keçmədi. Pandemiyanın sürətlə yayılmağa başladığı ilk günlərdən dövlətimiz tərəfindən xüsusilə ölkə rəhbər İlham Əliyev cənabları tərəfindən düşünülərək atılmış məqsədyönlü addımlar ölkəmizin pandemiya şəraitindən daha az zərərlə çıxmasına öz müsbət təsirini göstərmişdir. Virusun bütün dünyada yaratdığı qorxunc mənzərələr, qlobal iqtisadiyyatın çökməsi, geniş sosial iflas ölkəmizdə aparılan məqsdəyönlü siyasət nəticsəində ölkə iqtisadiyyatının əvvəlki qaydada dinamik inkişafına mənfi təsir göstərə bilmədi. Pandemiyanın olkəmizdə ilkin mərhələsi müşahidə edildiyi zamandan ölkə Prezidenti Cənab İlham Əliyevin müvafiq tapşırığı əsasında Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın qəbul etdiyi qərarlar, verdiyi tövsiyələr, irəli sürülən məhdudiyyətlər ümümilikdə vətəndaşlarımızın sağlamlığı istiqamətində atılan addımlar idi. Sosial məsafənin saxlanılması, tibbi maskalardan istifadə, əhalinin sıx toplandığı ictimai-iaşə obyektlərinin, təhsil müəsisələrinin, dini ibadət yerlərinin fəaliyyətində məhdudiyyətlərin tətbiq olunması, icazə sisteminin tətbiq edilməsi və bu qəbildən olan bir sıra atılan addımlar virusun ölkə ərazisində yoluxma nisbətini minumum həddə yendirməyə müvəffəq olmuşdur.
Son həftələrdə ölkə üzrə virusa yoluxma sayının aşağı səviyyəyə düşməsi ölkədə bir sıra məhdudiyyətlərin yumşalmasına əsas verən başlıca amilə çevrildi. Bir sıra məhdudiyyətlərin yumşalmasına baxmayaraq əhali arasından sosial məsafənin saxlanılması, tibbi maskalardan istifadə və bir sıra proflaktik tədbirlər müntəzəm olaraq Kütləvi İnformasiya Vastələri vastəsi ilə əhalinin diqqətinə çatdırılır, deyilən qaydalara riayət olunmadığı təqdirdə ölkədə virus təhlükəsinin yenidən arta biləcəyi ehtimalı vətəndaşlara bildirilirdi. Ancaq təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, son bir neçə günün statistik nəticələri göstərir ki, vətəndaşlar karantin rejiminin yumşalmasından düzgün faydalanmayaraq, deyilən məhdudiyyətlərə, irəli sürülən qaydalara əməl etməyərək yoluxma sayını yüksək bir həddə çatdırmışdırlar. Bunun nəticəsi olaraq gün ərzində virusa yoluxma sayı 300-nəfərdən artıq təşkil etmişdir ki, buda sağalan xəstələrdən dəfələrlə çoxdur. Statistik nəticələr bizlərə vəziyyətin nə dərəcədə təhlükəli olduğunu söyləməyə imkan verir. Tibbi maskalardan istifadə, sosial məsafə yayılmaqda olan virusun qarşısının alınması üçün günümüzün əsas tələbinə çevirlsədə bu qaydalara vətəndaşlarımızın böyük əksəriyyəti riayət etmirlər. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 03 iyun 2020-ci il tarixində Tərtər rayonuna rəsmi səfəri zamanı tibbi maskadan istifadə etməsi, vətəndaşlarla görüş zamanı sosial məsafə saxlaması əslində biz vətəndaşlar üçün böyük bir nümunədir. Bu birdaha onu göstərdi ki, virus təhlükəsinin minumuma endirilməsi istiqamətində irəli sürülən addimlar, verilən qərarlar, qoyulan məhdudiyyətlər vəzifəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı üçün məcburidir. Cənab Prezidentin bu addımı birdaha onu subut etdiki hərkəs verilən qərarlara, qoyulan məhdudiyyətlərə birmənalı olaraq əməl etməlidir. Ölkəmizdə son günlər ərzində virusa yoluxma sayının kəskin şəkildə artması və bu artımın qarşısının alınması üçün həftəsonu qapanma şəraitinə keçirilməsi istiqamətində qərar qəbul edildi.
Qəbul edilən bu qərar vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində dövlətimiz tərəfindən atılan növbət bir addımdır. Buna görədə hər bir Azərbaycan vətəndaşı və mənim yaşadığım Yevlax şəhərinin vətəndaşları dövlətimizin bizlərin sağlamlığı üçün qəbul etdiyi bu qərara maksimum dərəcədə riaəyət etməli və ətrafımızda olan hər bir kəsi doğru bir şəkildə bu istiqamətdə marifləndirməliyik. Gəlin özümüzün, ailəmizin, sevdiklərimizin sağlam gələcəyi naminə bugün tələb olunan tələblərə əməl edək. Unutmayaq ki, atılan bu addımlar yalnız bizlər üçündür. Bizlərin sağlam və xəstəliksiz bir dünyada yaşaması üçün.
Fərid Vaqifli
YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin üzvi